
ABŞ-ın elan olunan Milli Təhlükəsizlik Strategiyası Rusiyanın siyasi maraqlarına xidmət edir.
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, D. Tramp administrasiyasının hazırladığı bu Strategiya Avropa ilə siyasi-təhlükəsizlik və hərbi əlaqələri aşağı səviyyəyə salır:
"NATO-nun genişləndirilməməsi qeyd edilir. D. Tramp administrasiyası Qərb Alyansının inkişafına zərbə vurur və parçalanmasını həyata keçirir. Rusiya prezidenti V. Putinin də əsas siyasi planı bundan ibarətdir. D. Tramp Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyir. D. Tramp və komandası Zəngəzur dəhlizinə Rusiyanı dəvət edərsə, təəccüblü olmayacaq".
Politoloq qeyd edib ki, D. Trampın xüsusi nümayəndəsi S. Uitkof, kürəkəni C. Kuşner Rusiyanın əsas lobbiçiliyini həyata keçirirlər:
"D. Tramp və vitse-prezident Vens ABŞ-ı Rusiyanın qarşısından geri çəkir. Ukraynaya ciddi təzyiqlər edərək, ərazi güzəştinə məcbur edir. ABŞ prezidenti V. Putinin istəyi ilə Qərb Alyansını parçalayır. ABŞ Milli Təhlükəsizlik Strategiyasından aydın olur ki, indiki adminstrasiyaya üç il ərzində etibar etmək olmaz".
Anar











































