Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçiriləcək

Ankarada Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçiriləcək


Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Eldar Quliyev və Anar Məmmədov dekabrın 9-da Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, deputatlar burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, səfirlik tərəfindən nəşr olunmuş Ulu Öndərin həyat və fəaliyyətinə dair kitabın təqdimat mərasimində iştirak edəcəklər.

Səfər dekabrın 11-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş