Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa iqtisadiyyatı anti-Rusiya sanksiyalarından 1,6 trilyon avro ziyan görüb

Avropa iqtisadiyyatı anti-Rusiya sanksiyalarından 1,6 trilyon avro ziyan görüb


Rusiya qlobal iqtisadiyyata birtərəfli sanksiyalar vasitəsilə nəzarət etmək cəhdlərini müstəmləkəçilik təfəkkürünün izi hesab edir və onların təşəbbüskarlarına ciddi ziyan vurduğunu qeyd edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Çumakov deyib.

BVF, UNCTAD və FAO-nun hesablamalarına görə, sanksiyalar bütün dünya iqtisadiyyatı üçün sistemli risklər yaradır.

Diplomat qeyd edib ki, Avropa iqtisadiyyatı 2022-2025-ci illərdə təkcə anti-Rusiya sanksiyalarından 1,6 trilyon avroya qədər hesablanmış məcmu itkilərə məruz qalıb.

Çumakov xəbərdarlıq edib ki, naviqasiya azadlığının pozulması və mərkəzi bankların suveren aktivlərini müsadirə etmək cəhdləri beynəlxalq maliyyənin hüquqi əsasını pozur və Qlobal Cənubdakı bütün dövlətlər üçün risklər yaradır.

Çumakov qeyd edib ki, Rusiya BRİKS və ŞƏT tərəfdaşları ilə dayanıqlı ödəniş sistemlərinin yaradılması, milli valyutalarda hesablaşmaların həyata keçirilməsi, ümumi maliyyə və texnoloji infrastrukturun inkişafı üçün işləmək niyyətindədir.

Cavid
Xəbəri paylaş