Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatasında könüllü qanvermə aksiyası keçirilib

Hesablama Palatasında könüllü qanvermə aksiyası keçirilib


Azərbaycan Respublikası Hesablama Palatasında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş könüllü qanvermə aksiyası təşkil edilib.

Newscenter.az xəbər verir ki. aksiya Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin (PHŞ) dəstəyi ilə həyata keçirilib. Aksiyada Hesablama Palatasının əməkdaşları könüllü donor kimi qan veriblər.

Tədarük olunan qan talassemiyalı, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq. Qan nümunələri laboratoriya şəraitində müvafiq müayinələrdən keçirildikdən sonra ehtiyacı olan xəstələrə yönləndiriləcək.

Süleyman
Xəbəri paylaş