Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səməd Seyidov Parlament Təhlükəsizlik Forumunda iştirak edəcək

Səməd Seyidov Parlament Təhlükəsizlik Forumunda iştirak edəcək


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq. Səməd Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər dekabrın 12-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş