Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Ermənistan sərhədləri sülh müqaviləsindən əvvəl açılacaqmı?

Türkiyə-Ermənistan sərhədləri sülh müqaviləsindən əvvəl açılacaqmı?


“Hələ 2022-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın görüşü zamanı iki ölkə arasında quru sərhədlərin qısa zamanda açılmasına dair razılıq əldə olunmuşdu. Bununla belə epizodik halları çıxmaq şərtilə sərhədlər daimi olaraq açılmamışdır. Yaxın zaman məfhumu mücərrəddir və dəqiq tarix müəyyən olunmadığı üçün bu prosesin nə zaman baş verəcəyi qeyri-müəyyəndir”.

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyü ilə bağlı yayılan xəbərləri şərh edərkən səsləndirib. O bildirib ki, Türkiyə ilə Ermənistan arasında gedən yaxınlaşma prosesi Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunması istiqamətində gedən yaxınlaşma prosesinə paralel şəkildə baş verir:

“Digər tərəfdən istər Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, istərsə də xarici işlər naziri Hakan Fidan öz çıxışlarında dəfələrlə Türkiyə-Ermənistan quru sərhədlərinin bu ölkənin Azərbaycanla sülh müqaviləsini imzaladıqdan sonra açılacağını bildiriblər”.

Elçin Ağamalı hesab edir ki, Ermənistanla sərhədlərin açılmasına dair Türkiyə rəsmilərinin pozitiv çıxışları və Ermənistan nümayəndələri ilə vaxtaşırı görüşləri gedən sülh prosesinə ümumən müsbət təsir göstərir:

“Ermənistanda daha aydın şəkildə anlayırlar ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması sadəcə qarşıdurmanın bitməsi demək deyil. Sülh eyni zamanda Ermənistanın blokadadan çıxması, ölkədən keçəcək tranzit yüklərdən əldə olunacaq gəlir və Rusiya təsirindən tam azad olmaq üçün həllər yoludur”.

Süleyman
Xəbəri paylaş