Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Ermənistan sərhədlərinin açılması sülh sazişi öncəsi baş verə bilər

Türkiyə-Ermənistan sərhədlərinin açılması sülh sazişi öncəsi baş verə bilər


" Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qələbə qazanması Azərbaycan üçün də çox vacibdir. Bunun üçün Türkiyə ilə uzun müddət bağlı qalan sərhədlərin yenidən açılması prosesi Paşinyanın seçkilərdə qələbə əldə etmək şansını yüksəldər. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar düzgün mövqedir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Azərbaycanla sülh müqaviləsinə qədər Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bunun arxasınca Ermənistan hakimiyyəti Azərbaycanın şərtlərini yerinə yetirmək imkanı əldə edəcək:

"Sonra iki ölkə arasında yekun sülh müqaviləsinin bağlanması prosesi həyata keçiriləcək. Ermənistanın mövcud durumdan öz xeyrinə istifadə etmək imkanı istisna olunmasa da, bu ehtimal azdır. Yəni rəsmi İrəvan sülh sazişinin imzalanmasına bundan sonra niyə tələssin ki? -sualı da öz aktuallığını itirmir. Bu səbəbdən rəsmi Ankara sadəcə bu istiqamətdə bütün variantları nəzərdən keçirir və konkret olaraq hələ ki mövqeyini bəyan etməyib və köhnə mövqeyi qüvvədə qalmış hesab olunur".

Ekspert hesab edir ki, belə olduğu halda sərhədlərin açılması faktiki olaraq sülh sazişi öncəsi baş verə bilər:

"Bunun daha sonra sülh sazişinin imzalanması prosesinə, Ermənistan tərəfinin bu hadisədən manipulyativ zəminində cəhdlərinə yol açma ehtimalı da istisna olunmur. Amma, Türkiyənin sərhədləri Ermənistanla açmağa olan niyyətinin altında Azərbaycan-Ermənistan sülh müqaviləsinə bağlı normallaşma kontekstində və məhz bunun müqabilində açmaq istəyi dayanır. Bu baxımdan proseslərin davam etməsi üçün, geosiyasi kontekstin fonunda, praktiki addımların dəyişməsi normal hesab oluna bilər".

Süleyman
Xəbəri paylaş