Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin Aparat rəhbəri kim olacaq?

Zelenskinin Aparat rəhbəri kim olacaq?


Ukrayna prezidenti Volodimir Zelenski ofisinin yeni rəhbəri baş nazirin birinci müavini və Rəqəmsal Transformasiya Naziri Mixaylo Fedorovu seçə bilər.

Newscenter.az xəbər verir ki, bu barədə "Ukrainian Pravda" qəzeti Ali Rada və hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Ali Radanın deputatı Oleksiy Qonçarenkonun oxşar məlumata malik olduğu bildirilir. "Məndə olan məlumata görə, Zelenski demək olar ki, öz ofisinin yeni rəhbərini müəyyənləşdirib. Tezliklə təyinat gözlənilir və çox güman ki, bu, Mixaylo Fedorov olacaq", - deyə parlament üzvü qeyd edir.

Zelenskinin ofisinin rəhbəri vəzifəsinə namizədlərlə əlavə görüşlər keçirdiyi və yeni rəhbərin seçilməsi ilə bağlı tezliklə qərar verəcəyi bildirilir.

Cavid
Xəbəri paylaş