
İran prezidenti Məsud Pezaşkian Qazaxıstana səfərə gəlir.
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, İran dövlət başçısı Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək.
Görüş zamanı Astana ilə Tehran arasında mövcud olan əlaqələr, iqtisadi-ticari sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Prezidentlər Xəzərin hazırkı durumu, dənizin su səthinin azalması və yaranmış ekoloji böhrana qarşı mübarizə yollarını da müzakirə edəcəklər.
Süleyman










































