Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amnistiya təşəbbüsü həm də Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələyə işarə edir

Amnistiya təşəbbüsü həm də Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələyə işarə edir


"Dövlət başçısının amnistiya və əfv siyasəti beynəlxalq hüququn humanist prinsiplərinə uyğun olmaqla yanaşı, Azərbaycanın hüquqi və demokratik inkişaf yolunda ardıcıl addımlar atdığını göstərir. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, hüquqi dövlət imicinin güclənməsinə də müsbət təsir göstərir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Sahib Şükürov deyib. O bildirib ki, nəticə etibarilə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü dövlətin gücünün yalnız qanunun aliliyi ilə deyil, eyni zamanda mərhəmət və ədalət prinsipləri ilə ölçüldüyünü təsdiqləyir:

"Bu siyasət cəmiyyətdə hüquqa hörmətin, dövlətə inamın və sosial sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm dövlətçilik xətti kimi dəyərləndirilir".

O deyib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü həm də Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələyə işarə edir.

Cavid
Xəbəri paylaş