Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amnistiya təşəbbüsü minlərlə ailənin, bütövlükdə cəmiyyətimizin sevincinə səbəb olur

Amnistiya təşəbbüsü minlərlə ailənin, bütövlükdə cəmiyyətimizin sevincinə səbəb olur


“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən “aministiya aktı”nın təxminən 20 min nəfərdən artıq məhkuma şamil olunacağı nəzərdə tutulub. Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanımız İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirilib”.

Newscenter.az xəbər verir ki, bunları YAP Yevlax rayon təşkilatının fəalı Zülfiyyə Bayramlı deyib. O bildirib ki, son dövrlərdə respublikamızda xeyli sayda əfv sərəncamı və amnistiya aktı verilib ki, bunların nəticəsində 10 minlərlə insan azadlığa qovuşub:

“Bildiyimiz kimi 2007, 2009, 2013, 2016 və 2021-ci illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Azərbaycan Prezidentinin budəfəki amnistiya təşəbbüsü isə miqyası baxımından daha genişdir və 20 mindən çox insanı əhatə edəcəyi gözlənilir. Əslində, əfv sərəncamı imzalamaq, amnistiya aktı təşəbbüsünü irəli sürmək dövlət başçısının konstitusiya ilə müstəsna hüququdur.Ancaq Prezidentimiz cənab İlham Əliyevin davamlı olaraq belə təşəbbüslərlə çıxış etməsi onun nə qədər humanist, nəcib, xeyirxah insan olduğunu bir daha təsdiqləyir. Çünki hər bir belə təşəbbüs minlərlə ailənin, bütövlükdə cəmiyyətimizin sevincinə səbəb olur”.

Süleyman
Xəbəri paylaş