
“Hazırda Rusiya ilə Azərbaycan arasında əlaqələr və təmaslar davam edir. Rusiyanın ölkəmizdə həbs olunan casus şəbəkəsi var və rəsmi Moskva onların azad olunmasını istəyir. Bakı isə bunun əvəzində ölkəmiz əleyhinə Rusiyada formalaşan belə şəbəkələrin fəaliyyətinə son qoyulmasının tələb edə bilər”.
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Mehdiyev işi ətrafında cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, bu "ittifaq" və şəbəkənin əsas maliyyə qaynaqlarından biri Abbas Abbasovdur:
“Ona görə rəsmi Bakı haqlı olaraq Abbas Abbasovun Azərbaycana ekstradisiya olunmasını tələb edir. Bütün bu şəxslər törətdikləri əməllərə görə layiqli cəzalarını alacaqlar. Düşünürəm ki, bu şəbəkə Azərbaycanda gedən siyasi proseslərə elə ciddi təsir etmək gücündə deyil və zamanla onların üzvlərinin hər biri ictimaiyyətə açıqlanacaq”.
Süleyman











































