Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və BƏƏ arasında münasibətlər qarşılıqlı etimad, suverenliyə hörmət və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulub

Azərbaycan və BƏƏ arasında münasibətlər  qarşılıqlı etimad, suverenliyə hörmət və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulub



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirdiyi görüş iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirir”.

Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O qeyd edib ki, bu səfər təkcə protokol xarakteri daşımır, həm də Azərbaycan–BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər:

“Azərbaycan və BƏƏ arasında münasibətlər uzun müddətdir qarşılıqlı etimad, suverenliyə hörmət və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulub. Prezidentlər səviyyəsində keçirilən görüşlər bu münasibətlərin institusional xarakter aldığını və şəxsi siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiqləyir. Xüsusilə enerji, bərpa olunan enerji mənbələri, investisiyalar, nəqliyyat-logistika və yüksək texnologiyalar sahəsində əməkdaşlıq gündəmin əsas istiqamətlərini təşkil edir. BƏƏ-nin qlobal investisiya imkanları və Azərbaycanın regional nəqliyyat və enerji qovşağı kimi artan rolu bu əməkdaşlığı qarşılıqlı faydalı edir”.

Süleyman
Xəbəri paylaş