Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan QHT-ləri Qərbin pullarını hökumətə və kilsəyə qarşı istifadə ediblər

Gürcüstan QHT-ləri Qərbin pullarını hökumətə və kilsəyə qarşı istifadə ediblər


Qərbin Gürcüstanın qeyri-hökumət təşkilatlarına (QHT) göndərdiyi maliyyə vəsaitləri xarici agentlər haqqında qanun qəbul edilməzdən əvvəl Gürcüstanda hökumətə və kilsəyə qarşı istifadə olunub.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu baş nazir İrakli Kobaxidze Gürcüstan İctimai Yayımçısının Birinci Kanalına verdiyi müsahibədə bildirib.

“Əlbəttə ki, Qərbin maliyyələşdirilməsi çox pis məqsədlər üçün istifadə olunurdu. Bu, sadəcə hökuməti dəyişdirmək cəhdləri deyildi. Bu, həm də Kilsəyə davamlı hücumlar idi. Biz əsasən QHT-lər vasitəsilə həyata keçirilən Pravoslav Kilsəsinə hücumların qarşısını almaq üçün bütöv bir kampaniya aparmalı olduq”, - deyə Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, Qərbin qeyri-hökumət təşkilatlarının əli ilə əldə etdiyi pullar da ölkədə narkotik təbliğatına xərclənib.

Qeyd edək ki, 2024-cü ilin may ayında Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun qəbul etdi. Qanunun qəbul edilməsi ölkə daxilində genişmiqyaslı etirazlara səbəb oldu. Qanun həmçinin Tbilisi ilə Brüssel arasındakı münasibətləri gərginləşdirdi.


Cavid
Xəbəri paylaş