
İtaliya Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasını məqbul hesab etsə də, lakin onlardan istifadə qərarını dəstəkləməir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İtaliya Baş naziri Giorgia Meloni parlamentdəki çıxışında bildirib.
İtaliya Baş naziri bu məsələyə həll yolu tapmağın asan olmayacağını etiraf edib.
Qeyd edək ki, 12 dekabrda Avropa Birliyi Şurası Rusiyanın suveren aktivlərinin birdəfəlik dondurulması barədə qərar qəbul edib. Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Avropada müzakirə olunan Rusiya aktivlərinin müsadirə edilməsi oğurluq aktı hesab olunacaq. Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenkonun TASS-a verdiyi məlumata görə, ölkə rəhbərliyi artıq Qərb ölkələri tərəfindən Rusiya aktivlərinin mümkün müsadirəsinə cavab vermək üçün variantları araşdırır.
Fuad











































