Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Japarov dördüncü sinif şagirdini iqamətgahında qəbul edib

Japarov dördüncü sinif şagirdini iqamətgahında qəbul edib


Qırğızıstan prezidenti Sadir Japarov sosial şəbəkədə qırğız məktəblinin paylaşdıığı videodan təsirlənərək həmin uşağı iqamətgahına dəvət edib.

Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Sadır Japarov Oş bölgəsinin Kara-Kuljinski rayonunun Ku-Çatı kəndində yerləşən Aydın-Kol ibtidai məktəbinin dördüncü sinif şagirdi Nurzaman Almazbekovu qəbul edib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial mediada dördüncü sinif şagirdinin təxminən bir metr qar yağmasına baxmayaraq məktəbə getmək əzmində olduğunu göstərən bir video yayılıb. Prezident Sadır Japarov da həmin videoya baxıb və şagirdin belə çətin şəraitdə nümayiş etdirdiyi əzmkarlığı yaxından görmək üçün onu iqamətgahına dəvət edib.

Qırğızıstan prezidenti məktəbli qonağına hədiyyə verməyi də unutmayıb. Məlumata görə, Japarov şagirdə mobil telefon hədiyyə edib.

Cavid
Xəbəri paylaş