
“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində qaldırılan cinayət işinin xarakteri və mahiyyəti onun daha geniş cinayət ortaqlarının olmasını özündə ehtiva edir. Çünki bir şəxs dövlət çevrilişi və hakimiyyəti zorla ələ keçirə bilməz”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Əli Orucov deyib. O bildirib ki, istintaqın gedişi yeni isimlərin də ortaya çıxmasına imkan verəcək:

“Onlardan birinin də keçmiş baş nazirin müavini kimi yüksək post tutmuş Abbas Abbasovun olduğu bildirilir. O, hakimiyyətdə iri fiqurlardan hesab olunurdu və oğluna da deputat mandatı verilmişdi. Sabiq baş nazir müavini Rusiyada yaşayır. Onun vəzifədə olarkən Azərbaycandan oğurladığı, çirkli yollarla qazandığı pullar hesabına Rusiyada böyük biznes imperiyası qurması barədə də məlumatlar əksini tapıb. Lakin A.Abbasovun Azərbaycana təhvil veriləcəyinə o qədər də inanmıram. Əgər o, Rusiyanın adamıdırsa Moskva niyə onu Bakıya versin ki? R. Mehdiyevə qarşı cinayət işi qaldırılada aydın idi ki, digər adlar da onun əlaqədə olduğu şəxslər barədə də həqiqətlər üzə çıxacaq. Ancaq “boz kardinal”ın hakimiyyətdə və hakimiyyət qollarında olan tərəfdaşları da ifşa edilməlidir. Bunu daha çox parlament tərkibində axtarmaq lazımdır. Mehdiyevin parlamentdə, media, QHT sektorunda, AMEA-da adamları qalmaqdadır. Ən ciddi təhlükə də bunu hesab edirəm”.
Süleyman











































