
NATO-nun şərq cinah ölkələri sərhədlərin qorunması üçün Avropa İttifaqından mümkün qədər çox maliyyə almaq istəyirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Helsinkidə keçirilən ittifaq liderlərinin görüşünün ardından jurnalistlərə deyib.
Tusk ofisinin sosial mediasında yayımlanan brifinqdə bildirib ki, NATO-nun şərq cinahı qrupu sərhədlərimizi qorumaq üçün Aİ-dən mümkün qədər çox şey əldə edə biləcək.
Polşa Baş naziri həmçinin Varşavanın Şərq Qalxanı müdafiə istehkamı layihəsinə təxminən 10 milyard zlotı (təxminən 2,4 milyard avro) sərmayə qoyacağını açıqlayıb.
Cavid










































