Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2026-ci il, Ukrayna müharibəsində həlledici il olacaq

2026-ci il, Ukrayna müharibəsində həlledici il olacaq


"2026-cı il Ukrayna böhranında həlledici il ola bilər. Əgər sülh tərəfi müharibə tərəfi üzərində qələbə qazanarsa, kompromis həlləri tez bir zamanda qəbul edilə bilər".

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

“2026-cı il ümid ilidir. Lakin Ukraynanın mövqeləri və hərəkətləri böhranın həlli üçün həlledici deyil. Bu baxımdan, mənim fikrimcə, gələn il həlledici olacaq. Əgər Rusiya, onun dünyadakı müttəfiqləri və tərəfdaşları, ABŞ və Avropadakı konstruktiv qüvvələri ilə birlikdə sülh tərəfi hələ də təsirli olan müharibə tərəfinin dağıdıcı xəttini deaktiv edə bilsə, qarşılıqlı məqbul həllərə çatmaq olduqca sürətli və sadə ola bilər”, - deyə Kosaçev vurğulayıb.

Cavid
Xəbəri paylaş