
Təkcə Demokratlar deyil, bir çox ABŞ siyasətçisi Ukrayna böhranının həllində maraqlı deyil və sülh səylərinə müqavimət göstərirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Nümayəndələr Palatasının təmsilçisi Anna Paulina Luna bildirib.
“Qeyd etmək istərdim ki, Vaşinqtonda bir çox insan, sülh müqaviləsi istəmir. Çünki onların müəyyən müdafiə podratçılarında investisiya maraqları var və şəxsən səhmlərə investisiya qoyublar. Buna görə də sülh razılaşmasına müqavimət görə bilirik”, - deyə o, Fox News-a verdiyi müsahibədə deyib.
Amerikalı qanunverici müəyyən siyasətçilərin müqavimətinə baxmayaraq, Ukraynadakı münaqişənin dinc yolla həllinə nail olunacağına ümid etdiyini bildirib.
Fuad










































