Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampdan şikayət edən Özbəkistan vətəndaşı cərimə edildi

Trampdan şikayət edən Özbəkistan vətəndaşı cərimə edildi


Özbəkistanda Amerika prezidenti Donald Tramp barədə şikyaət etmək istəyən vətəndaş cərimə edilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə Trampdan şikayət edən özbək 1,23 milyon sum cərimələnib.

Məlumata görə, kişi sərxoş vəziyyətdə Daşkənd şəhər polis şöbəsinə zəng edərək Donald Trampa qarşı şikayəti qəbul etməsini istəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona ən yaxın şöbəyə gəlməyi təklif ediblər, lakin o, gəlməyib.

Məhkəmə iclasında kişi günahını boynuna alıb və sərxoş olduğunu etiraf edib.

Anar
Xəbəri paylaş