Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan cəmiyyətinə ünvanlanan çağırış

Azərbaycan cəmiyyətinə ünvanlanan çağırış


"Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə mənim gözümlə sadəcə beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesaj deyil. Bu, həm də Azərbaycan cəmiyyətinə, xüsusilə düşünən və gələcəyə baxan insanlara ünvanlanan bir çağırışdır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Elşən Səfərov deyib. Onun sözlərinə görə, müsahibənin əsas məğzi ondan ibarət idi ki, reallığı düzgün dəyərləndirmək, milli maraqları qorumaq və dəyişən dünyada öz mövqeyini itirməmək zəruridir:

"Bu müsahibə məndə bir daha belə bir fikir formalaşdırdı ki, güclü mövqe ilk növbədə aydın düşüncədən və prinsipial yanaşmadan başlayır".

Anar
Xəbəri paylaş