Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir



Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Dünya Hökumətləri Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BƏƏ-nin dövlət naziri və Kabinetin baş katibi Məryəm Al Hammadi imzalayıblar.

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, idarəetmə və institusional bacarıqların inkişafı, müvafiq istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsidir.

Eyni zamanda sənədin icrası çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş