
Rusiyaya məxsus daha bir sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən qəza enişi edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, İrkutskdan Bodayboya uçan təyyarə texniki nasazlıq səbəbindən uçuş hava limanına qayıdıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Şərq Regionlararası İstintaq İdarəsinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.
Belə ki, təyyarə uçuş-enmə zolağına yaxınlaşarkən texniki problemlərlə qarşılaşıb. Təyyarə komandiri İrkutsk hava limanındakı yerüstü xidmətlərlə məsləhətləşərək təyyarəni uçuş hava limanına qaytarmaq qərarına gəlib.
Hadisə ilə bağlı ilkin araşdırma aparılır.
Anar












































