
Bakı və İrəvan arasında 30 illik buzlar əriyir. Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi sadəcə bir mükafatlandırma tədbiri deyil, həm də regionun yeni mənzərəsini dünyaya nümayiş etdirən diplomatik platformaya çevrildi.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Gülnar Fazilqızı deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mərasimdəki çıxışı, mahiyyət etibarilə bütün dünya üçün "Sülhün Yol Xəritəsi" idi:
"Uzun illər "münaqişə zonası" kimi tanınan Cənubi Qafqaz indi artıq tərəfdaşlıq və iqtisadi dirçəliş mərkəzi kimi çıxış edir".
O qeyd edib ki. Prezident İlham Əliyevin nitqində ən diqqətçəkən məqam sülhün artıq mücərrəd bir anlayış deyil, gündəlik həyatın bir parçasına çevrilməsi idi:
"2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan tarixi sazişdən sonra keçən altı ay regionda radikal dəyişikliklərə yol açıb".
Anar












































