Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdrak liseyində baş verən dəhşətli hadisə bir neçə həqiqəti ortaya qoydu

İdrak liseyində baş verən dəhşətli hadisə bir neçə həqiqəti ortaya qoydu


"Bu gün İdrak liseyində baş verən dəhşətli hadisə bir neçə həqiqəti ortaya qoydu. İlk növbədə evdə uşaqlara güclü nəzarət şərtdir".

Newscenter.az xəbər verir ki, bunu Zeynal Əmrəliyev deyib. O bildirib ki, uşaq nə edir, kimlə görüşür, ortamı necədir, sosial şəbəkələrdə nələr paylaşır, hansı oyunları oynayır, mütləq nəzarət edilməlidir:

"Uşaq nə qədər nəzarətsiz olar ki, evdən ov tüfəngini rahat şəkildə götürərək məktəbə gətirir. İkincisi, məktəblərin mühafizəsi ilə bağlı çox ciddi problem var. Bakıdakı məktəblərin çoxunun normal mühafizə sistemi yoxdu. Mən kollecdə təhsil alarkən qapının ağzında yalnız yaşlı bir qadın dururdu komendant kimi. Məktəblərdə eyni vəziyyətdə idi. Region məktəbləri barədə heç danışmaq istəmirəm. Onların muhafizəsindən əsər - əlamət yoxdu. Kim necə istəyir məktəblərə girir - çıxır, şagirdlər nə istəsələr çantalarında məktəbə gətirmək imkanları var".

Zeynal Əmrəliyev deyib ki, digər mühüm bir məsələ hadisə yerinə gedən jurnalistlər yetkingiik yaşına çatmayan uşaqlardan valideyn icazəsi olmadan açıqlama almasıdır:

"Miktafonları balaca uşaqların ağzına dirəmək və onlara nə gəldi sual vermək, hətta silahın markasımı soruşmaq peşənin hansı növüdür? Hələ uşaqların görüntülərinin açıq şəkildə bəzi media qurumlarında paylaşımlasını demirəm. Yəni siz o liseydə açıqlama almağa ayrı adam tapmadınız ki, həyəcan içində olan yetkinlik yaşına çatmayan uşaqlara mikrafon uzadırdınız? Belə hallar qəti şəkildə yolverilməzdi".

Anar
Xəbəri paylaş