
Pakistan prezidenti Asif Əli Zərdari Özbəkistana səfərə gedəcək.
Newscenter.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, bu barədə razılıq Şavkat Mirzoyeyevlə görüş zamanı əldə olunub. Özbəkistan Prezidenti pakistanlı həmkarını ölkəsinə səfərə dəvət edib və qarşı tərəf bu dəvəti qəbul edib. Səfərin bu il ərzində baş tutması barədə ümumi razılıq əldə olunub.
Qeyd edək ki, görüşdə Özbəkistan və Pakistan arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi, dostluğun və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mövcud vəziyyət və istiqamətlər müzakirə edilib.
Müxtəlif səviyyələrdə aktiv əlaqələr məmnuniyyətlə qeyd eolunub. Bildirilib ki, ticarət dövriyyəsinin və birgə müəssisələrin sayı durmadan artır. İqtisadiyyatın prioritet sektorlarında əməkdaşlıq layihələri həyata keçirilir.
Süleyman












































