Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10.000 nəfər müalicə ilə siqareti tərgidib

10.000 nəfər müalicə ilə siqareti tərgidib


İstanbul Vilayət Səhiyyə İdarəsinin İctimai Səhiyyə Xidmətləri Departamenti tərəfindən koordinasiya edilən siqareti tərgitmə klinikalarında təxminən 10.000 nəfər dərmanla siqareti tərgidib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Səhiyyə Xidməti məlumat yayıb.

Bildirilib ki, şəhər üzrə 34 xəstəxanada, ailə sağlamlığı mərkəzində və sağlam həyat mərkəzində 49 siqareti tərgitmə klinikasında siqareti tərgitmə ilə bağlı məsləhət xidmətləri göstərilir.

Həkimlər və səhiyyə işçiləri tərəfindən aparılan qiymətləndirmələrdən sonra müraciət edənlər müvafiq xəstəxanalardakı siqareti tərgitmə klinikalarına yönləndirilir.

Bundan əlavə, Səhiyyə Nazirliyinin ALO 171 Siqareti Tərgitmə Məsləhət Xəttinə zəng edən vətəndaşlara siqareti tərgitmək üçün məsləhət xidmətləri də təklif olunur.

Siqareti tərgitmə klinikaları üçün görüşlər e-nabız, MHRS və ya 182 vasitəsilə edilə bilər.

Anar
Xəbəri paylaş