Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər il siqaret çəkmə səbəbindən 7 milyon insan ölür

Hər il siqaret çəkmə səbəbindən 7 milyon insan ölür



"Qlobal miqyasda hər il siqaret çəkmə səbəbindən 7 milyon insan ölür".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan "9 Fevral Ümumdünya Siqareti Tərk Etmə Günü" ilə bağlı paylaşımında qeyd edib.

Bu gün dünyada 15 yaşdan yuxarı 1,3 milyard insanın tütün asılılığı ilə yaşadığını qeyd edən Ərdoğan qeyd edib:

"Qlobal miqyasda hər il siqaret çəkmə səbəbindən 7 milyon insan ölür. Bu vəziyyət təkcə fərdi sağlamlıq problemi deyil, həm də bir çox ictimai problemlərin kökündə duran dərin bir reallıqdır. 2026-cı ildə ümid edirəm ki, insanları, ailələri, cəmiyyəti və təbiəti səssizcə məhv edən bu asılılığa qarşı mübarizə qətiyyətlə gücləndiriləcək".

Süleyman
Xəbəri paylaş