
"Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimindəki çıxışı təkcə diplomatik nitq deyil; o, həm Azərbaycanın sülh siyasətinin beynəlxalq səviyyədə tanınması, həm də regionda davamlı sülh prosesinin ictimai-siyasi dəstəklənməsi üçün mühüm strategiya kimi qiymətləndirilir. Bu çıxış, Azərbaycan üçün siyasi nüfuzun gücləndirilməsi, regional əməkdaşlığın gələcək perspektivlərinin açılması və toplumda sülh mədəniyyətinin təşviqi baxımından əhəmiyyətli rol oynayır".
Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Aygün Qasımova deyib. O bildirib ki, dövlət başçısının sözügedən çıxışı təkcə Azərbaycanın deyil, qlobal ictimaiyyət üçün də bir mesajdır:
"Münaqişələr dialoqla və qarşılıqlı hörmətlə həll edilə bilər. Əliyev çıxışında bu modeli “hər kəs üçün dərs” kimi səciyyələndirdi ki, bu da sülh təşəbbüslərini dünyada başqa konfliktlərə tətbiq etməyə çağırışdır".
Anar












































