Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal cihazların həyatımıza müsbət və mənfi təsirləri

Rəqəmsal cihazların həyatımıza müsbət və mənfi təsirləri


XXI əsr texnologiya əsridir. Müasir dövrdə yaşayan hər bir şəxsin texnologiya və texnoloji vasitələrdən istifadə etmə bacarığı olmalıdır. Çünki sürətlə inkişafda olan müasir texnologiya və texnoloji vasitələr hər bir sahədə işlərimizi asanlaşdırır və keyfiyyətli iş ortaya qoymağımızda kömək edir. Amma unutmamalıyıq ki, rəqəmsal cihazların müsbət tərəfləri ilə yanaşı, onların əks təsirləri də çoxdur.

Rəqəmsal cihazlardan düzgün və təhlükəsizlik qaydalarına riayət etmədikdə qarşılaşacağımız mənfi təsirlərdən bir neçəsini göstərmək olar. Bunlardan:

-Fiziki sağlamlığa göstərdiyi mənfi təsirini xüsusi vurğulamaq olar. Texnologiyadan düzgün istifadə etmədikdə insan bədəni deformasiyaya uğrayır, xüsusən də uşaqların fiziki inkişafına mənfi təsir göstərir. Belə ki, onlarda göz problemi yaradır, onurğada deformasiya müşahidə olunur, piylənmı riskini artırır, yuxu pozğunluğu yaradır və sair.

-Texnoloji vasitələrdən fasiləsiz və nəzarətsiz istifadə zamanı uşaqlarda real həyatla əlaqə zəifləyir və onların sosiallaşmasına mane olur. Yəni onlara psixoloji və emosional təsini göstərir. Bu zaman, onlarda diqqət dağınıqlığı, aqressiv davranış və virtual zorakılıq müşahidə olunur.

-Zehni inkişafın zəifləməsi müşahidə olunur. Əgər uşaqlar yalnız rəqəmsal texnologiyadan istifadə edirlərsə, yəni özlərinə lazım olan informasiyaları ekranla dialoq quraraq əldə edirlərsə, bu zaman onlarda ünsiyyət qurma bacarığı aşağı düşəcək. Eləcə də, onlarda yaradıcılıq qabiliyyəti azalacaq, problemi müstəqil olaraq həll etmə bacarığı zəifləyəcək.

Bir sözlə, bu mənfi təsirlərin qarşısını almaq üçün uşaqların rəqəmsal cihazlardan istifadəsinə nəzarət gücləndirilməlidir. Burada məsuliyyət həm valideynlərin, həm də təhsil müəssisələrinin üzərinə düşür.
Unutmamalıyıq ki, müasir cəmiyyət üçün kreativ düşünən, mənəvi dəyərlərə üstünlük verən, texnologiyanın əsiri olmayaraq ondan özünün inkişafı üçün istifadə edən, sağlam düşüncəli şəxsiyyət yetişdirilməlidir.

Ruhiyyə Mehdiyeva, fəlsəfə doktoru

"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini


Newscenter.az üçün
Xəbəri paylaş