Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Cənubi Qafqaz siyasətini prioritet elan edib

ABŞ Cənubi Qafqaz siyasətini prioritet elan edib



"ABŞ Cənubi Qafqaz siyasətində strateji mərhələyə keçib. Ötən ilin avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh paraflanmasının imzalanması, həmçinin TRİPP layihəsi ilə bağlı üçtərəfli razılaşmanın əldə edilməsi ilə bu prosesin əsası qoyuldu".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada öz geosiyasi mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət aparacaq:

"Yeni dünya siyasi nizamında hər iki regionun Rusiyanın tam təsir zonasından çıxarılması Vaşinqtonun əsas strateji hədəflərindən biridir. Cənubi Qafqazda Gürcüstanla bağlı məsələlər də gündəmdədir. Ötən həftə ABŞ Konqresindən nümayəndə heyətinin Gürcüstana səfəri bunu bir daha təsdiqlədi".

Politoloq qeyd edib ki, ABŞ vitse-prezidenti D. Venzin Azərbaycan və Ermənistana səfəri yekun sülh müqaviləsinin tezləşdirilməsi, TRİPP layihəsi üzrə praktiki işlərə başlanması və hər iki ölkəyə siyasi dəstəyin verilməsi məqsədi daşıyır:

"ABŞ bu addımlarla Rusiyaya açıq şəkildə Azərbaycan və Ermənistan arasında əsas sülhün qarantının özü olduğunu nümayiş etdirdi".

Süleyman
Xəbəri paylaş