Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mobil telefonlar uşaq və yeniyetmələr üçün mənfi təsir göstərir

Mobil telefonlar uşaq və yeniyetmələr üçün mənfi təsir göstərir


"Son günlər paytaxtdakı təhsil müəssisələrindən birində baş vermiş xoşagəlməz hadisə ağıllı telefonlar, bəzi internet oyunlıarı, smartfonların uşaq və yeniyetmələr üçün nə dərəcədə mənfi təsir göstərdiyini ortaya qoydu. Hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atmaq zəruridir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Millət vəkili deyib ki, bir sıra ölkələrdə 16 yaşdan az olan uşaq və yeniyetmələrin internetdən istifadəsinə qadağa qoyulub:

"Biz də artıq bu istiqamətdə addımlar atmalıyıq. Ən azı internetdə müəyyən oyunlar var ki, həmin oyunlardan istifadəyə hansısa formada qadağa tətbiq edə bilərik. Həmin oyunlar uşaq və yeniyetmələrin təlim tərbiyəsinə kifayət qədər pis təsir gösərir".

Süleyman
Xəbəri paylaş