
Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərindən əvvəl ölkə hakimiyyətinin gündəliyində Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinin durduğunu deyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, erməni baş naziri bunun bağlı onun öz gündəliyinin olduğunu qeyd edib.
"Gündəlikdə sülh sazişi layihəsi ilə bağlı müzakirələr ötən ilin mart ayında başa çatdığı üçün ötən ilin dekabr, yanvar, oktyabr və aprel aylarında imzalanması nəzərdə tutulmuşdu. Ona görə də biz işimizi davam etdirəcəyik”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan müxalifəti və revanşistlər isə seçkidən əvvəl sülh müqaviləsinin imzalanmasını istəmir.
Anar












































