
Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə münasibətlər ABŞ-ın maraqlarına xidmət edən güc nizamının qurulmasında mühüm əhəmiyyət kəsb edir.
Bunu Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, ABŞ bu ölkələrin Rusiyanın geosiyasi maraqları dairəsində qalmasını istəmir, həmçinin Çinin Mərkəzi Asiya dövlətlərində möhkəmlənməməsi üçün addımlar atır:
"Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razı (məcbur) salmaq, Azərbaycanla neft məhsulları sahəsində əməkdaşlığa inandırmaq bu ölkəni mümkün olduğu qədər Rusiyadan uzaqlaşdırmağa nail olmağa xidmət edir. Qafqaz regionunda ABŞ-ın ən böyük və etibarlı tərəfdaşı isə Azərbaycandır. Bunu şərtləndirən amil isə ölkəmizin mütləq suverenliyi, Rusiyadan heç bir asılılığnın olmaması və regionun digər dövlətlərinin də Rusiya təsirindən çıxması üçün ehtiyac olan bütün resurslara malik olmasıdır".
Süleyman












































