
"Separatçılarla bağlı qərar qanunun aliliyinin bərpasıdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nurlan Həsənov deyib. Millət vəkili deyib ki, Azərbaycan xalqına qarşı müxtəlif cinayətlər törətmiş erməni canilər qanun qarşısında öz layiqli cəzalarını aldılar:
"Bu həm də onun sübutudur ki, heç bir cinayət cəzasız qalmır. Gec-tez insanlıq əleyhinə cinayət törətmiş canilər qanun, məhkəmə qarşısında cavab verməli olurlar. Necə ki, erməni canilər Bakı Hərbi Məhkəməsinin qərarı ilə bu cəzanı aldılar".
Deputat qeyd edib ki, bütün bunlara Ali Baş Komandan İlham ƏIiyevin Müzəffər Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində nail olmuşuq.
Süleyman













































