Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-Azərbaycan münasibətlərində yeni dövr

ABŞ-Azərbaycan münasibətlərində yeni dövr



"ABŞ vitse-prezidenti Cey De Vensin Azərbaycana davam edən səfəri ABŞ-Azərbaycan münasibətlərinin yeni dövrünü başladır".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, iki ölkə arasında imzalanmış strateji ikitərəfli əməkdaşlıq xartiyası ölkələrin münasibətlərinə strateji səviyyə gətirir:

"Bu isə əməkdaşlığın ən yüksək səviyyəsidir. Yeni geosiyasi vəziyyətdə bu strateji konfiqurasiya verdiyi mesajla bir çox mətləblərə aydınlıq gətirir. Azərbaycanın strateji kursunun verktorlarını müəyyən edir. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaş olmaqla xüsusi status qazanır. Bu status isə Azərbaycana təhlükəsizlik qarantiyası verməklə yanaşı, eyni zamanda, siyasi sərbəstlik mühiti yaradır. Azərbaycan rahat şəkildə öz iqtisadi və siyasi kursunu inkişaf etdirə biləcək duruma gəlir. Hesab edirəm ki, Azərbaycanın qarşısında daha geniş və maraqlı üfüqlər açılır. Azərbaycan yeni dünyanın aktiv siyasi aktorlarından birinə çevrilir".

Süleyman
Xəbəri paylaş