Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Strateji Tərəfdaşlıq Xartiyası nə vəd edir?

Strateji Tərəfdaşlıq Xartiyası nə vəd edir?


Təhlükəsizlik sahəsində əməkdaşlıq isə Cənubi Qafqazda sülhün təminatı və regional stabilliyə töhfə verir. Azərbaycan və ABŞ müdafiə məhsulları, antiterror əməliyyatları, kibertəhlükəsizlik və mina təmizləmə sahələrində birgə fəaliyyət göstərəcək. İşçi qruplarının yaradılması Xartiyanın icrasını daha sistemli və məqsədyönlü edəcək.

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə ABŞ-la Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasını şərh edərkən deyib. Bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın regional və qlobal səviyyədə mövqeyini gücləndirir, enerji və nəqliyyat infrastrukturunu genişləndirir:

"Həmçinin iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində davamlı əməkdaşlıq üçün zəmin yaradır deyə bilərik. Bu, həm də Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın simvoludur".

Süleyman
Xəbəri paylaş