Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb


Builki Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Bu barədə Newscenter.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sözügedən qərar Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə xaricdə və bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

"Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - V. Cahangiri bildirib.

Anar
Xəbəri paylaş