
“Bundan əvvəlki toplantılar kimi bu dəfəki Münhen Təhlükəsizlik Konfansı da Azərbaycan diplomatiyasının uğuru kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev istər konfrans çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, istərsə də konfransda və digər iclaslarda çıxışı zamanı sərgilədiyi prinsipial mövqe və qətiyyət, milli maraqlara söykənən yanaşma bir daha dünyanın diqqətini Azərbaycan Liderinə yönəltdi. Münhen Təhlükəsizlik Konfransı həm də Azərbaycana qarşı xüsusi hazırlanmış təxribatların iflasa uğraması kimi də yadda qaldı”.
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevə, ümumən Azərbaycan nümayəndə heyətinə qarşı sanki şəbəkələşmiş təxribat dəstəsi fəaliyyət göstərirdi:
“İstər erməni jurnalistin Prezident İlham Əliyevə verdiyi təxribatçı sual, istər blogger Emin Hüseynovun təxribat cəhdləri bütün bunların sübutu idi. Ancaq Azərbaycan Lideri hər iki təxribat cəhdinə qarşı təmkinli, eyni zamanda diplomatik dillə cavab verərək həmin təxribatları neytrallaşdırdı. Azərbaycanın Birinci-vitse prezidentinə Emin Hüseynovun ünvanladığı təxribat xarakterli sual da bu qəbildən idi. Ancaq Mehriban xanım da öz növbəsində təxribat şəbəkəsinə gözləmədiyi, hətta bəlkə də xəyal edə bilməyəcəkləri şillə kimi cavab verdi”.
Arzuman Muradlı deyib ki, istər Prezident İlham Əliyev, istərsə də Mehriban xanım Əliyevanın verdiyi cavablar əslində sualı ünvanlayanlar deyil, onları idarə edən antiAzərbaycan şəbəkəyə, təxribatların ssenari müəlliflərinə verilən tutarlı cavab idi:
“Eyni zamanda bu Azərbaycan Lideri və Birinci-vitse prezidentin həmin şəbəkəyə mesajı di ki, Azərbaycanm dövlətinin imicini zədələməyə yönəlmiş heç bir məkirli plan baş tutmayacaq”.
Süleyman












































