Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan böyük güclərin mübarizə meydanına çevriləcək

Ermənistan böyük güclərin mübarizə meydanına çevriləcək


"Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifət qarşısında geri çəkilmək kimi düşüncəsi olmasa da, seçkiləri uduzmamaq kimi zəmanəti də yoxdur. Bu isə Ermənistanda hakimiyyətə gələcək yeni hakimiyyətin Azərbaycanla bağlanacaq sülh sənədini tanımaması ilə yekunlaşa bilər".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, əslində dünyanın bir çox mətbuat orqanlarında, "Paşinyan sülhə hazırdır, amma Ermənistan cəmiyyəti yox" kimi ekspert rəyləri yer almaqdadır:

"Bu baxımdan xüsusi olaraq qeyd etmək istəyirəm ki, hazırkı həssas olan mərhələdə hərbi insidentdən tutmuş, digər təxribatlara kimi ehtimalları görməzdən gəlmək olmaz. Regionda nəzarəti itirmək istəməyən qüvvələr var. ABŞ-ın vasitəçiliyində sülh sazişi onlara sərf eləmir və bu səbəbdən Ermənistan böyük güclərin mübarizə meydanına çevriləcək desək yanılmarıq. Sülh sazişi proseslərinə həmçinin Zəngəzur dəhlizi nöqteyi nəzərdən də baxmaq lazımdır və bu mövzu sülhün texniki yox, geosiyasi nöqtəsidir. Bu baxımdan ABŞ Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın qələbəsində maraqlıdır".

Süleyman
Xəbəri paylaş