
Rusiyada Taylanddan gələn turistlər arasında iki yeni meymun çiçəyi xəstəliyi aşkar edilib və onlar xəstəxanaya yerləşdiriliblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib. Xəstə turistlərin vəziyyətinin qənaətbəxş olduğu və həyatları üçün heç bir təhlükə olmadığı bildirilib.
Departament bildirib ki, xəstə turistlərlə təmasda olan şəxslərin dairəsi müəyyən edilib və onlar tibbi müşahidə altındadır.
Rospotrebnadzor bildirib ki, bu hallar aşkar edildikdən sonra meymunçiçəyinin yayılmasının qarşısı alınıb.
Anar












































