Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı sülh prosesinə mane olur

Avropa İttifaqı sülh prosesinə mane olur


"Ermənistanla Azərbaycan arasında normal sülh mühiti yarandığı, tərəflər sülhə yaxın oduğu bir mərhələdə Avropa İttifaqının atmış olduğu addım sülhə mane olmaqdan başqa bir şey deyil. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti də Avropa İttifaqının bu pozuculuq fəaliyyətinin alətinə çevrilir".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasına yeni rəhbər təyinatına münasibət bildirərkən səsləndirib. Politoloq qeyd edib ki, Ermənistan sözügedən missiyanın ləğvində maraqlı olmalıdır, nəinki onun pozuculuq əməllərinin alətinə çevrilməlidir:

"Artıq şərti sərhəddə heç bir insdent yaşanmır, atəşkəs mövcuddur. Tərəflər Birləşmiş Ştatların vasitəçiliyi ilə sülh müqaviləsinin paraflanmasını imzalayıb. Azərbaycan ərazisindən Ermənistana heç bir maneə olmadan yüklər daşınır. Belə olan halda Avropa İttifaqının Monitorinq Missiyası kimə və nəyə lazımdır?".

Arzuman Muradlı hesab edir ki, Avropa İttifaqı doğrudan da regionda sabitlik, qalıcı sülhə tərəfdardırsa, o halda yaranmış etimad mühitinə dəstək nümayiş etdirməli, öz pozuculuq əməllərindən əl çəkməlidir:

"Ancaq Monitorinq Missiyasına yeni rəhbər təyinatı onu deməyə əsas verir ki, Aİ Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini istəmir. Hər vasitə ilə prosesə mane olmağa, Bakı ilə İrəvan arasında yaranmış etimad mühitini pozmağa çalışır".

Qeyd edək ki, Avropa İttifaqı Ermənistandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib. Missiyanın yeni rəhbəri, finlandiyalı polis əməkdaşı Satu Koivudur.

Süleyman
Xəbəri paylaş