Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ilə Serbiya arasında münasibətlər tarixi dostluq ənənələrinə əsaslanır

Azərbaycan ilə Serbiya arasında münasibətlər tarixi dostluq ənənələrinə əsaslanır


"Azərbaycan ilə Serbiya arasında münasibətlər tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etibarlı tərəfdaşlıq prinsipinə əsaslanır. İki ölkə arasında formalaşmış siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr bu münasibətləri daha da gücləndirir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişaf etməsi, müntəzəm qarşılıqlı səfərlər, imzalanan razılaşmalar və birgə layihələr əməkdaşlığın dayanıqlı yol aldığını göstərir:

"Bu əlaqələrin hər iki xalqın rifahına, regionda sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin açılmasına töhfə verməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişlənməsi tərəflər arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir".

Anar
Xəbəri paylaş