Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsan orqanlarının ticarəti ilə məşğul olan beynəlxalq şəbəkə zərərsizləşdirilib

İnsan orqanlarının ticarəti ilə məşğul olan beynəlxalq şəbəkə zərərsizləşdirilib


Özbəkistanda insan orqanlarının və toxumalarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətinə son qoyulub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, əvvəllər Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 277-ci maddəsinin 2-ci hissəsi ilə məhkum olunmuş 1989-cu il təvəllüdlü vətəndaş həyat yoldaşı ilə əlbir olaraq internetdə insanlarda rəğbət oyadan videolar yaymaqla qanunsuz fəaliyyətlə məşğul olub.

Təxirəsalınmaz tədbirlər nəticəsində onun mütəmadi olaraq sosial şəbəkələr vasitəsilə insan orqanlarının və toxumalarının qanunsuz satışı ilə məşğul olduğu, müştəriləri əməliyyat üçün Tacikistan Respublikasının Düşənbə şəhərindəki İstiqlol klinikasına apardığı aşkar edilib. Həmçinin şübhəlinin özünün böyrək transplantasiyası əməliyyatı keçirdiyi və bu prosesdə ona kömək edən şəxslərin müəyyən edildiyi də məlum olub. Onların arasında Telegram, Instagram və YouTube sosial şəbəkələrində fəaliyyət göstərən kanal administratorları da var idi.

Bu iş üzrə şübhəli şəxsə qarşı Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb və ona həbs qətimkan tədbiri tətbiq edilib.

Süleyman
Xəbəri paylaş