Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev ABŞ-a gedir

Tokayev ABŞ-a gedir


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ştatlara gedir.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, səfər 18-19 fevral tarixlərini əhatə edəcək və işgüzar xarakter daşıyacaq.

Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

Zirvə toplantısı zamanı Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi məsələsinə xüsusi diqqət yetiriləcək. Xüsusilə, sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi və humanitar yardımın çatdırılması üçün konkret tədbirlərin hazırlanmasına diqqət yetiriləcək.

Səfər çərçivəsində Qasım-Jomart Tokayev Amerikanın iri şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Süleyman
Xəbəri paylaş