Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Sülh Şurasında iştirak etməklə yeni nizamda öz rolunu təsdiq edir

Azərbaycan Sülh Şurasında iştirak etməklə yeni nizamda öz rolunu təsdiq edir


Heç kimə sirr deyil ki, Birləşmiş Millətlər Təşkilatı artıq öz imicini və funksionallığını itirib. Qrumun uzun müddətdir hər hansı bir münaqişənin həllinə töhfəsi yoxdur. Sadəcə formal xarakterli qərarlar, daimi üzvlərin maraqları kontekstində tez-tez istifadə edilən veto hüququ və ən çox payla həmin əzəmətli binanı ayaqda saxlamaq üçün Birləşmiş Ştatların ayırdığı vəsaitlər mütəmadi olaraq diqqət mərkəzinə düşür. Aydındır ki, yeni qlobal nizam dediyimiz anlayışda keçmiş strukturların yeri yoxdur. Bu mənada, ABŞ prezidenti Donald Trampın təşkilatçılığı ilə formalaşdırılan Sülh Şurası yeni bir platforma olaraq məhz BMT - yə alternativ kimi dəyərləndirilir. Lakin bir reallıqda var ki, Sülh Şurasının BMT - i əvəz etməsi üçün qət etməli olduğu çox yol var və ən əsası uğur hekayəsi olmalıdır. Qəzza böhranı fonunda Vaşinqtonda keçirilən sammit uğur hekayəsi baxımından həlledici mərhələdir.

Azərbaycan Sülh Şurasında iştirak etməklə əslində yeni nizamda öz rolunu təsdiq edir. Prezident Donald Trampın və Birləşmiş Ştatlar rəsmilərinin sammit çərçivəsində dövlət rəhbərimizə göstərdikləri diqqət Bakının regional aktor kimi qəbul edildiyinin rəsmidir. Ölkəmiz Qəzzanın bərpasına da öz töhfəsini verir. Cənab Prezident İlham Əliyevin strateji qərarları, ayrılan vəsait fonunda humanist yanaşması Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, uzun müddətdir ağıla gəlməz çətinliklər və humanitar böhran yaşayan qəzzalılar üçün yeni başlanğıclar deməkdir.

Qəzza böhranı Bayden və Blinken dövründən obrazlı şəkildə ifadə etməli olsaq Donald Trampa miras qalmış xaosdur. Bu kontekstdə maraqlar nə olursa-olsun prezident Trampın səyləri həqiqətən təqdirə layiqdir və bilinməlidir ki, hazırda ondan başqa bu məsələni nizama sala biləcək bir güc yoxdur. Lakin mütləq şəkildə birlik olmaq şərtdir və Donald Tramp məhz ilk növbədə özünə yaxın liderləri bu masaya dəvət edir. Bütün bunlar çoxda uzaq olmayan gələcəkdə yeni qlobal geostrateji bölgüdə radikal dəyişikliklərin olacağına işarədir.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş