Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vardanyandan məzlum iş adamı imici yaratmaq cəhdləri

Vardanyandan məzlum iş adamı imici yaratmaq cəhdləri


"Separatçı rejimin "nazir" vəzifəsini icra edən iş adamı Ruben Vardanyanın Azərbaycan Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilməsi erməni maliyyəsi ilə idarə olunan bəzi siyasi təsisatlar, media və fərdləri növbəti dəfə antiAzərbaycan kampaniyasında birləşdirib. Məhkəmənin qərarı elan edildikdən dərhal sonra ölkəmizə qarşı kampaniyanın başlaması fonunda bunu aydın görmək mümkündür".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O deyib ki, Rusiya və Birləşmiş Ştatlardakı ermənipərəst dairələr, bəzi siyasilər və təşkilatlar separatçı Ruben Vardanyandan məzlum, günahsız iş adamı imici formalaşdırmağa çalışırlar:

"Birləşmiş Ştatlarda dərc edilən bəzi mətbu orqanlarda erməni sifarişi əsasında dərc edilən yazılarda iddia olunur ki, Vardanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nda biznes fəaliyyəti ilə məşğul olduğu üçün həbs edilib. Halbuki hər kəsə Vardanyanın Qarabağda separatizmlə məşğul olduğu, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinə yardım ayırdığı məlumdur. Bununla yanaşı Vardanyan separatçı rejimdə "nazir" postunu tutmaqla ərazi bütövlüyümüz və suverenliyimizə açıq-aşkar hörmətsizlik nümayiş etdirib və ölkəmizə qarşı təhdid yaradıb".

Arzuman Muradlı qeyd edib ki, Ruben Vardanyan bədnam "Artsax" ideyasının da əsas təbliğatçılarından olub və hər zaman bu ideyanın təbliğatçısı kimi çıxış edib:

"Bütün bunlar Vardanyana lazım olan cəzanın kəsilməsinə kifayət edirdi. Ona görə də Vardanyandan məzlum iş adamı obrazı yaratmaq, onun üzərindən Azərbaycana təsir göstərmək cəhdləri əbəsdir".

Süleyman
Xəbəri paylaş