
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə parlament nemayəndə heyəti Azərbaycana səfərə gəlib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə parlament nümayəndə heyəti səfər çərçivəsində diplomatik nümayəndəlikdə olub.
Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüblər. Görüşdə səfərin məqsədi barədə məlumat verilib, müxtəlif aspektlərdə fikir mübadiləsi aparılıb.
Süleyman












































