
İslam İnqilabı Keşikçiləri Korpusu İsfahan yaxınlığında hədəfə hücum etməyə cəhd edən Orbiter 4 çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini, eləcə də Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzini tamamilə məhv etdiyini iddia edib.
Newscenter.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat nəticəsində bu günə qədər minlərlə insan həlak olub. Həmçinin, İranın ali dini lideri Xomnenei həlak olub. İran isə öz növbəsində ABŞ bazalarının olduğu Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, İordaniyaya ballistik raketlərlə zərbə vurur.
Anar













































